Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Salih Dursunu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
"Sakaryaspor"un yetirməsi olan Salih Dursun karyerası ərzində "Kayserispor", "Qalatasaray", "Trabzonspor" və "Antalyaspor"un formalarını geyinib. Onun sonuncu iş yeri isə "Gənclərbirliyi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest