Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Midlsbro"dan Britt Assombalonqanı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
Assombalonqa karyerası ərzində İngiltərədə "Midlsbro" ilə yanaşı, "Breyntri", "Uotford", "Sautend", "Piterbro", "Nottinqem Forest" kimi klublarda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest