İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Patrik Vieyra çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı fransız məşqçi ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Kristal Pelas" geridə qalan mövsümü Roy Hocsonun rəhbərliyi altında 14-cü pillədə başa vurub. Təcrübəli mütəxəssis mövsüm bitən kimi postundan ayrılmışdı.
 
Patrik Vieyra Fransa yığmasının heyətində dünya və Avropa çempionu olub, London "Arsenal"ı ilə 3 dəfə İngiltərə çempionu adını qazanıb. O, futbolçu karyerası dönəmində "Arsenal"la yanaşı, "Milan", "Yuventus", "İnter", "Mançester Siti" kimi klubların da formasını geyinib. Baş məşqçi kimi isə o, ABŞ-ın "Nyu York Siti", Fransanın "Nitsa" klublarına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest