Futbol üzrə Türkiyə millisinin və İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Cengiz ünder karyerasını Fransada davam etdirəcək. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu Marsel "Olimpik"inə keçib.
 
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi türkiyəli futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb. Cengiz yeni komandasında da "17" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Cengiz ünder ötən mövsümü də icarə əsasında İngiltərənin "Lester Siti" klubunda keçirib. O, 2017-ci ildən "Roma"da çıxış edirdi. Yarımmüdafiəçi əvvəllər "Altınordu" və "Başakşəhər"də də oynayıb. ünderin "Roma" ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest