Futbol üzrə Gürcüstan çempionatında 21-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Şukura" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 82-ci dəqiqədə meydana buraxılıb.
 
"Samtrediya" 21 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Neftçi"nin UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Tiflis "Dinamo"su da hesabat turunda doğma meydanda Batumi "Dinamo"suna 1:2 hesabıyla yenilib. 21 turdan sonra Batumi "Dinamo"su 43 xalla 1-ci, Tiflis "Dinamo"su isə 41 xalla 2-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest