Fransanın "Olimpik" (Marsel) klubu heyətinə daha bir futbolçu cəlb edib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi ötən mövsüm Dortmund "Borussiya"sından icarəyə götürdüyü Leonardo Balerdinin transfer hüquqlarını alıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı argentinalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Boka Xuniors"un yetirməsi olan futbolçu 2019-cu ildən Almaniya klubunda idi. Mərkəz müdafiəçisi Argentina millisinə də dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest