İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi serbiyalı qapıçı Marko Dmitroviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Serbiya yığmasının üzvü yeni klubuna azad agent kimi keçib.
 
Marko Dmitroviç 2017-ci ildən La Liqanın digər təmsilçisi "Eybar"da çıxış edirdi. O, daha öncə "Alkorkon, "çarlton Atletik", "Uypeşt" və "Srvena Zvezda" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest