Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə millisinin də üzvü olan Ahmed Kutucunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyanın "Şalke" klubundan transfer olunan 21 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. Gənc futbolçu yeni komandasında "17" nömrəli formanı geyinəcək.
 
Ahmed Kutucu 2011-ci ildən sıralarında olduğu "Şalke"nin yetirməsi hesab olunur. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb və Bundesliqada 45 oyuna çıxıb. Türkiyə millisinin üzvü geridə qalan mövsümün ikinci yarısını icarə əsasında Niderlandın "Herakles Almelo" klubunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest