"Qəbələ" bu gündən etibarən 2021/22 mövsümünün hazırlığına start verəcək. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda hazırlığın ilk mərhələsini Qəbələdə gerçəkləşdirəcək. Komanda günün ikinci yarısında bir araya gələcək.
 
Toplanışın ilk məşqi saat 18:30-a planlaşdırılıb. "Qırmızı-qaralar" Qəbələ şəhər stadionunda hazırlıq keçəcək.
 
Premyer Liqada yeni mövsüm avqustun 14-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest