Serbiyanın "çukariçki" klubunun direktoru Vladimir Matiyaşeviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri "Sumqayıt" barədə danışıb. Matc.az xəbər verir ki, o, Azərbaycan təmsilçisini mübarizədən kənarlaşdıracaqlarına inamını ifadə edib:
 
"Sumqayıt"ın güclü və zəif tərəflərini öyrənməyə çalışırıq. Bizim yığmamız da azərbaycanlılara qarşı oynayıb. Onlara qarşı oynamaq həmişə çətin olub. Biz avrokuboklarda "Ordabaşı"ya qarşı oynamışıq, onları mübarizədən kənarlaşdıra bilmişik. "Qəbələ" ilə oyunlarda mübarizəni dayandırsq da, daha yaxşı mübarizə apardığımızı düşünürəm. 
 
"Sumqayıt"la şanslarımız bərabərdir. Burada sirr yoxdur. Azərbaycan futbolunda çalışan müəyyən insanlarla əlaqə saxlayırıq, informasiya toplamağa çalışırıq. Aydın məsələdir ki, onlar da bizim haqqımızda informasiya toplayırlar. "Sumqayıt" yaxşı komandadır. Onlar bir qədər müdafiə olunmağı daha çox sevirlər. Bəzi sürətli futbolçuları var. Azərbaycan vətəndaşlığı alan 2-3 legioner futbolçuya da malikdirlər. Bizə rəqibə hörmət etmək qalır. Meydanda nələr olacağını isə zaman göstərəcək. İstənilən halda Azərbaycan təmsilçisini keçməyə çalışacağıq. Rəqibimiz çətin olsa da, oyunçularımızın keyfiyyətinə və xarakterinə güvənirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest