AFFA ilə "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2021/2022-ci il mövsümündə istifadə üçün AFFA tərəfindən 50 (əlli) ədəd top verilib.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Mövcud əməkdaşlıq çərçivəsində ötən iki mövsüm də Premyer Liqa klublarına "Nike" topları təqdim olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest