"Sumqayıt"ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "çukariçki" növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Serbiya təmsilçisi Sloveniyanın "Olimpiya" komandası ilə qarşılaşıb.
 
Görüş "çukariçki"nin 2:1 hesablı qələbəsiylə başa çatıb. "çukariçki"nin qollarını Corce Yovanoviç və Marko Donçiç vurub.
 
"çukariçki" bundan əvvəlki yoxlama matçında Rusiyanın "Arsenal" komandasını 3:1 hesabıyla məğlub etmişdi. Sözügedən komanda "Radomle" (1:0) və "Yadrana Dekaniya" (2:0) ilə oyunlardan da qalib ayrılmışdı.
 
"çukariçki" "Sumqayıt"la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest