Avropa Konfrans Liqasına Bakıda hazırlaşan "Keşlə" yoxlama matçları keçirəcək.
 
Matc.az xəbər verir ki, sözügedən komanda iyulun 9-da "Səbail"lə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq oyuna saat 18.30-da start veriləcək.
 
"Keşlə" digər yoxlama matçını "Sabah"a qarşı keçirəcək. Oyun iyulun 13-də Bank Respublika Arenada baş tutacaq. Matçın saat 19:00-da başlanılması planlaşdırılır.
 
Qeyd edək ki, "Keşlə" daha öncə "Qarabağ"la yoxlama oyunu keçirib və 0:7 hesabıyla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest