Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Dino Arslanaqiç və Şefik Abalını transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Arlanaqiçlə 2, Abalı ilə 4 illik müqavilə imzalanıb.
 
Belçikalı Dino Arslanaqiç peşəkar karyerasına ölkəsinin "Standard" klubunda başlayıb. 28 yaşlı mərkəz müdafiəçisi sonralar "Muskron", "Antverpen", "Gent" klublarında da çıxış edib. Bosniya əsilli futbolçu Belçikanın gənclər yığması da daxil olmaqla bütün aşağı yaş qrupları üzrə millilərində oynayıb.
 
Şefik Abalı isə Avstriyanın "Vakker İnnsbruk" klubundan transfer olunub. 19 yaşlı futbolçu da müdafiəçidir. Avstriyada dünyaya göz açan, bu ölkənin U-18 yığmasında da oynamış müdafiəçi, hazırda Türkiyənin U-19 millisinə dəvət olunur.
 
"Göztəpə" bu yay "Altınordu"dan Kahraman Demirtaş ilə "Jil Visente"dən braziliyalı Lourensi Rodriqesi də transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest