Fransanın "Lill" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Joslen Qurvennek çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı fransız mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
 
Qurvennek son olaraq 2018/19 mövsümündə "Genqam"a rəhbərlik edib.
 
Qeyd edək ki, geridə qalan mövsümdə Liqa 1-in qalibi olan "Lill"i Kristof Qaltye çalışdırırdı. Lakin o, bu yay istefa verib və "Nitsa"nın baş məşqçisi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest