Türkiyənin "Konyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Gənclərbirliyi"nin yarımmüdafiəçisi Soner Dikmeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında "14" nömrəli formanı geyinəcək.
 
Dikmen geridə qalan mövsümdə "Gənclərbirliyi"nin heyətində 34 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest