İtaliyanın "Fiorentina" klubu müdafiəçisi Petko Hristov ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı bolqar futbolçu bundan sonrakı karyerasını "Spetsiya"da davam etdirəcək. O, yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
 
Hristov 2017-ci ildən "Fiorentina"da idi. Mərkəz müdafiəçisi olan futbolçu Bolqarıstanın əsas millisinə də dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest