Osey son olaraq Kiprin "Nea Salamina" komandasında çıxış edib. O, daha öncə "Pasuş de Ferreyra", "Uniao Madeyra", "Aruka", "Akademika" kimi klubların da formasını geyinib.

Gürcüstanın "Dinamo" (Tiflis) klubu "Neftçi"yə qarşı UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları öncəsi heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi qanalı Barns Oseylə anlaşıb. Yarımmüdafiəçi ilə 1.5 illik müqavilə imzalanacaq.
 
Osey son olaraq Kiprin "Nea Salamina" komandasında çıxış edib. O, daha öncə "Pasuş de Ferreyra", "Uniao Madeyra", "Aruka", "Akademika" kimi klubların da formasını geyinib.
 
Qeyd edək ki, "Dinamo" və "Neftçi" arasında ilk oyun iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena"da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest