"Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir"

"Artıq üç gündür Avstriyadayıq. Məşqlərimiz əla gedir". Matc.az xəbər verir ki, bunu "Qarabağ" yarımmüdafiəçisi Patrik Andrade deyib.

Avstriyadakı hazırlıqla bağlı danışan Kabo-verdeli futbolçu bildirib ki, düşərgədə ab-hava yüksəkdir: "Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün bu, çox vacibdir"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest