9İngiltərənin "Arsenal" klubunun fransalı futbolçusu Matteo Genduzi ölkəsinə qayıdıb. Matc.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bundan sonra Fransanın "Olimpik" (Marsel) komandasının uğurları üçün çalışacaq. O, yeni komandasında "6" nömrəli formanı geyinəcək.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Marsel klubu Genduzini satınalmaq şərti ilə 1 illik icarəyə götürüb. Liqa 1 təmsilçisi bunun üçün "Arsenal"a 1 milyon avro ödəyəcək. Mövsümün sonunda futbolçunun transfer hüquqlarını almaq üçün isə əlavə 10 milyon avro ödəmək lazım gələcək.
 
Qeyd edək ki, Matteo Genduzi 2018-ci ildən "Arsenal"da çıxış edirdi. O, geridə qalan mövsümü Almaniyanın "Herta" klubunda icarədə keçirib. Yarımmüdafiəçi "Arsenal"a keçənə qədər yetirməsi olduğu "Loryan"da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest