İngiltərənin "Lids" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Barselona"dan Junior Firponu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
İngiltərə mətbuatının xəbərinə görə, "Lids" Firpo üçün "Barselona"ya 15 milyon avro ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest