Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Paris təmsilçisi İtaliyanın "İnter" klubunun müdafiəçisi Əşrəf Hakimini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Mərakeşli oyunçu yeni komandasında "2" nömrəli formanı geyinəcək.
 
PSJ-nin bu transferə görə 70 milyon avrosundan keçdiyi bildirilir.
 
Əşrəf Hakimi 2020-ci ilin yayından "İnter"in formasını geyinirdi. Madrid "Real"ının yetirməsi olan Mərakeş yığmasının üzvü, 2018-2020-ci illər aralığında da Dortmund "Borussiya"sında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest