"Qəbələ" Türkiyənin Antalya şəhərinə yollanıb. "Qırmızı-qaralar" 2018-2019 mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək.

"Qəbələ" Türkiyənin Antalya şəhərinə yollanıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar" 2018-2019 mövsümünün ikinci yarısına hazırlığı qonşu ölkədə davam etdirəcək.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. "Qəbələ" Lara bölgəsindəki "Trendi otel"də məskunlaşacaq.

Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. "Qırmızı-qaralar" yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu "Meppen"lə üz-üzə gələcək. Rusiya təmsilçiləri ilə 2 matç keçirəcək komandanın rəqibləri ayın 20-də "Yenisey, 4 gün sonra isə "Fakel" olacaq. Yanvarın 26-da baş tutacaq son sınaq matçında "Qəbələ" Macarıstan təmsilçisi MTK ilə görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest