İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avstriyanın "Zalsburq" klubunun yarımmüdafiəçisi Enok Mvepunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Zambiyadan olan 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Enok Mvepu 2017-ci ildən "Zalsburq"un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə Avstriya çempionatında 29 matça çıxıb, 5 qola imza atıb.
 
Zambiya yığmasının da üzvü olan "Brayton"un yeni transferi, Avstriyada "Liferinq"in də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest