Türkiyənin "Qaziantep" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Gənclərbirliyi"nin sol cinah müdafiəçisi Halil Pehlivanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə  2+1 illik müqavilə imzalanıb.
 
Halil Pehlivan məhz "Gənclərbirliyi"nin yetirməsidir. Amma o, peşəkar futbola "Hacettepe" komandasında başlayıb. 2014-cü ildən "Gənclərbirliyi"ndə oynayan müdafiəçi, 2017-ci ildə "Adanaspor"da icarədə də olub. 27 yaşlı futbolçu karyerası ərzində 129 rəsmi matça çıxıb. Geridə qalan mövsümdə isə o, "Gənclərbirliyi"nin heyətində 23 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest