Malta "Mosta"sı doğma meydanda Trnava "Spartak"ına (Slovakiya) qalib gəlibsə, Albaniya "Laçi"si də Monteneqronun "Podqoritsa" komandasını məğlub yola salıb. "Santa-Koloma" - "Mons Kalpe" görüşündə isə qalib müəyyənləşməyib.

Bu gün Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
 
Malta "Mosta"sı doğma meydanda Trnava "Spartak"ına (Slovakiya) qalib gəlibsə, Albaniya "Laçi"si də Monteneqronun "Podqoritsa" komandasını məğlub yola salıb. "Santa-Koloma" - "Mons Kalpe" görüşündə isə qalib müəyyənləşməyib.
 
Mərhələnin qalan ilk oyunları iyulun 8-də keçiriləcək.
 
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında "Qarabağ", "Sumqayıt" və "Keşlə" təmsil edəcək. Premyer Liqa klubları mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
6 iyul
 
Mosta (Malta) - Spartak (Trnava, Slovakiya) 3:2
 
Santa-Koloma (Andorra) - Mons Kalpe (Cəbəllütariq) 1:1
 
Laçi (Albaniya) – Podqoritsa (Monteneqro) 1:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest