İngiltərənin "Lids" klubu futbolçusu Ezcan Alioski ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Alioski klubla müddəti bitən müqaviləsini yeniləmək istəməyib və "Lids"dən ayrılıb.
 
Azad agent statusu daşıyan müdafiəçi ilə Türkiyənin "Qalatasaray" və "Trabzonspor" klubları yaxından maraqlanır.
 
Alioski Şimali Makedoniya milli komandası ilə Aç-2020-də iştirak edib. Şimali Makedoniya yığması C qrupunda Ukrayna, Avstriya, Niderland milliləri ilə mübarizə aparıb və qrupu sonuncu bitirərək, turnirlə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest