Futbol üzrə Amerika kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə Argentina yığması ilə Kolumbiya millisi qarşılaşıb.
 
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Argentina millisi finala yüksəlib.
 
Xatırladaq ki, ilk finalçı Perunu 1:0 hesabıyla üstələmiş Braziliya yığması olmuşdu. 
 
Beləliklə, Braziliyada təşkil olunmuş turnirin həlledici oyununda meydan sahibləri Argentina yığması ilə qarşılaşacaq. Final matçı iyulun 11-də keçiriləcək. Bundan bir gün öncə isə Kolumbiya və Peru yığmaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcək.
 
Amerika kuboku
Yarımfinal
7 iyul
 
Argentina - Kolumbiya 1:1 (penaltilər 3:2)
Qol: L.Martines, 7 - L.Dias, 61.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest