İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Aç-2020-nin yarımfinalında İspaniyanı məğlub etdikləri oyundan (1:1, penaltilər 4:2) sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis matçla bağlı bunları deyib:
 
"çox çətin oyun oldu. İspaniya möhtəşəm komandadır, çox yaxşı oynadılar. Bizi çətin vəziyyətə salmışdılar, sərt qarşılaşma oldu. Hər iki komandasının şansları var idi. Bütün komandalar kimi İtaliya da müdafiə olunur. Bu, normaldır.
 
Uğurda pay sahibi futbolçulardır, lakin hələ heç nə bitməyib. özümüzü toplayıb, finala hazırlaşmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest