"Sabah" klubu "Facebook" hesabı vasitəsilə maraqlı paylaşım edib. Matc.az xəbər verir ki, yeni transferinin anonsunu edən Premyer Liqa təmsilçisi "Barselona"nın futbolçularının şəklini paylaşıb və "Sabaha saxladıq" sözlərini yazıb.
 
Yeni transferin şəkildə soldan 2-ci yerdə duran Xuan Kamaranın olacağı gözlənilir. 27 yaşlı yarımmüdafiəçi hazırda Polşanın "Yagelloniya" klubunda çıxış edir.
 
Kamara 2014-2018-ci illər aralığında "Barselona"da çıxış edib. İspan futbolçu Kataloniya təmsilçisinin əsas komandası ilə 3 oyunda iştirak edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest