Fransanın "Olimpik" (Lion) klubu futbolçusu Cenk özkaçarı icarəyə verib. Matc.az xəbər verir ki, türkiyəli müdafiəçi "Aud-Heverle Löven" klubuna keçib.
 
Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cenk 2021/22 mövsümünü icarə əsasında "Aud-Heverle Löven" klubunda keçirəcək.
 
Lion təmsilçisi 20 yaşlı futbolçunu 2020-ci ilin yayında Türkiyənin "Altay" klubundan transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest