Bu gün UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı. Azərbaycan təmsilçisi "Araz" (Naxçıvan) F qrupunda mübarizə aparacaq.

Bu gün UEFA çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Araz" (Naxçıvan) F qrupunda mübarizə aparacaq.
 
Püşklə bağlı komandanın qapıçısı Rövşən Hüseynli federasiyanın rəsmi saytına açıqlama verib:
 
"Kampuksen Dinamo" (Finlandiya), "Raba" (Latviya) və "Europa" (Cəbəllüratiq) komandaları ilə qarşılaşacağıq. Qrupumuzun oyunları Latviyada təşkil olunacaq. Açığı, rəqiblərimizlə bağlı hələ ki, geniş məlumata sahib deyiləm. Amma təmsil etdikləri ölkələrin yığma komandalarını izləyirik. Finlandiya millisi son illərdə uğurlu nəticələr qazanmaqla seçilir. Onlar gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində də iştirak hüququ əldə ediblər. Bu da Finlandiyada futzalın inkişafından xəbər verir. Latviya yığması ilə dəfələrlə qarşılaşmışıq. Amma klublarının durumu haqda yaxın günlərdə məlumat toplamağa çalışacağıq. Əlbəttə, baş məşqçimiz hazırlığa başladıqdan sonra lazım olan informasiyanı çatdıracaq. Rəqiblərin oyun üslubu, zəif və güclü tərəfləri, eləcə də necə oynamalı olduğunuzu məşqlərdə izah edəcək. Qalır yaxşı hazırlıq keçirmək. Sevindirici məqam odur ki, ölkəmizdə zalların fəaliyyətinə qoyulmuş qadağa aradan götürüldü. Deməli, yaxşı məşq etmək imkanımız var. Halbuki, ötən il xalça üzərində qısa hazırlıq keçmişdik. Bu dəfə şərait istədiyimiz kimi olacaq.
 
Bu oyunlar həm də Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Sözsüz, qrup mərhələsini birinci pillədə başa vurmaq üçün bütün gücümüzü sərf edəcəyik. Məqsədimiz ən azı əsas mərhələyə yüksəlmək olacaq. çətin olsa da, çalışacağıq ki, "Araz"ın əvvəlki şöhrətini özünə qaytaraq. çünki "Araz" hər zaman iddialı olub".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest