Fransanın PSJ klubu növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Paris təmsilçisi İspaniyanın "Real" klubundan ayrılan müdafiəçi Serxio Ramosu heyətinə qatıb.
 
Bu barədə Fransa nəhənginin rəsmi saytı məlumat yayıb. 35 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. İspaniya millisinin sabiq üzvü yeni komandasında da "4" nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, "Sevilya"nın yetirməsi olan Serxio Ramos 2005-ci ildən "Real"ın uğurları üçün çalışırdı. Madrid təmsilçisində 16 mövsüm keçirən müdafiəçi, bu komandanın heyətində 671 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest