Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" transfer çalışmalarını davam etdirir. Samaralılar daha iki futbolçunu təqdim edib.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" transfer çalışmalarını davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, samaralılar daha iki futbolçunu təqdim edib.

Moskva "Spartak"ının yarımmüdafiəçisi Artyom Timofeyev mövsümün qalan hissəsini "Krılya Sovetov"da keçirəcək. "Spartak" 24 yaşlı hücumameyilli oyunçunu qarşı tərəfə icarəyə verib. O, yeni komandasında 40 nömrəli formanı geyinəcək.

"Spartak"ın Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovun da "Krılya Sovetov"a transferi rəsmiləşib. Şeydayevlə bir klubda çıxış edəcək Səmədov 19 nömrəli formanı daşıyacaq. Onunla 6 aylıq müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest