"Sumqayıt" bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qonşu ölkəyə yola düşüb.

Yerli vaxtla saat 12:00-da Antalyaya çatan "kimyaçılar" əvvəlcədən məlumat verildiyi kimi, Belek bölgəsində yerləşən "IC Santai" otelinə gedib. "Sumqayıt"ın ilk məşqi saat 17:00-da olacaq.

Komanda Antalyada 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-da Bosniya və Herseqovinanın "çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest