Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun hücumçusu Olarenvaju Kayode növbəti mövsümü də Türkiyə "Sivasspor"unda keçirəcək. Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Sivas təmsilçisi nigeriyalı forvardı yenidən icarəyə götürüb. 28 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər "Sivasspor"da oynayacaq.
 
Kayode, ötən mövsüm "Sivasspor"un heyətində bütün turnirlər çərçivəsində 40 oyuna çıxıb, 11 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest