Türkiyənin "Hatayspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Abdullah Yiğitler və fransalı yarımmüdafiəçi Mehdi Budjemanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı Abdullah Yiğitler ilə 4 illik müqavilə imzalanıb. "Fənərbaxça"nın yetirməsi olan qolkiper, "İstanbulspor"da da çıxış ediib.
 
Mehdi Budjema isə Hatay klubu ilə 3 illik müqaviləyə imza atıb. 23 yaşlı futbolçu Fransanın "Genqam" klubundan transfer olunub. Peşəkar karyerasına məhz bu klubda başlamış yarımmüdafiəçi, geridə qalan mövsümü icarə əsasında "Laval"da keçirib.
 
"Hatayspor" qanalı yarımmüdafiəçisi İsaak Seki ilə ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 27 yaşlı futbolçu daha 2 il Super Liqa klubunun uğurları üçün çalışacaq. Qana yığmasına da dəvət alan futbolçu, əvvəllər "Dənizlispor", "Alanyaspor" və "Slovan" (Libereç) klublarında da forma geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest