"Arsenal"ın yarımmüdafiəçisi Aron Remsi mövsümün sonunda "Yuventus"a keçəcək. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu turinlilərlə müqavilə şərtlərini razılaşdırıb.

28 yaşlı orta sahə oyunçusu hətta bu gün "Yuventus" üçün Londonda tibbi müayinədən keçəcək. Ancaq mövsümün sonunda Turində də tibbi müayinə olacaq. Futbolçu yayda azad agent kimi "qoca sinyora" ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, Aron Remsi 2008-ci ildən "Arsenal"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest