Yakubu peşəkar karyerasına Portuqaliyanın "Vizela" klubunda başlayıb. 2018-ci ildən isə o, "Vitoriya"nın uğurları üçün çalışır. Geridə qalan mövsümü isə o, "Eştoril"də icarədə keçirib.

"Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi "Vitoriya"nın (Gimaraynş) futbolçusu olan Abdul-Aziz Yakubu ilə razılığa gəlib.
 
22 yaşlı forvard artıq Avstriyaya gedib və burada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsinə qoşulub. Yakubunun transferinin tezliklə açıqlanması gözlənilir. çünki o, baxışa yox, birbaşa müqavilə bağlamağa gəlib.
 
Qanalı forvard 4 illik müqavilə imzalayacaq. "Vitoriya" Azizin "Qarabağ"a keçidinə görə təxminən bir milyon avro qazanacaq.
 
Yakubu peşəkar karyerasına Portuqaliyanın "Vizela" klubunda başlayıb. 2018-ci ildən isə o, "Vitoriya"nın uğurları üçün çalışır. Geridə qalan mövsümü isə o, "Eştoril"də icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest