Konfrans Liqasına hazırlaşan "Keşlə" heyətinə daha bir futbolçu cəlb edir. Matc.az xəbər verir ki, paytax təmsilçisi ötən mövsümü "Zirə"də keçirən Kərim Diniyevlə anlaşmaq üzrədi.

Mövsüm başa çatandan sonra 9 futbolçu göndərib, bir o qədərini də heyətə qatan "Keşlə" rəhbərliyinin Diniyevə maraq göstərməsi maraq doğurur. Futbol kluarlarında dolaşan məlumatlara görə, Kərim heç də baş məşqçi Sənan Qurbanovun maraq dairəsində olmayıb. Amma klub rəhbərliyinə edilən xahişlərdən sonra Kərim komandanın düşərgəsinə qatılıb.

Diniyevin "Zirə" karyerası olduqca uğursuz alınıb. O, bu komandada keçirdiyi son mövsümdə meydana çıxdığı 2 görüşdə cəmi 45 dəqiqə oynamaq şansı qazanmışdı. Elə bu səbəbdən "Zirə" mövsüm bitincə onunla yollarını ayırmışdı.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest