Serbiyanın "çukariçki" komandasının yarımmüdafiəçisi Stefan Şapiç Sloveniyada keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"a qaşrı keçirəcəkləri oyunlardan da danışıb:
 
"Sloveniyada çox gözəl şərtlər altında hazırlıq keçdik. Bu hazırlığın bizə həm daxili yarışlarda, həm də avrokuboklarda faydalı olacağını düşünürəm. "çukariçki" hər keçən il daha da iddialı olur. Qarşıdakı mövsümdə də iddialı olmağa çalışacağıq. Yenə mükafatçılar sırasında olmaq, Avropada da uğurlu olmaq istəyirik. Amma buna addım-addım nail olmalıyıq. İlk növbədə Avropa Konfrans Liqasındakı ilk rəqibimizi mübarizədən kənarlaşdırmağımız lazımdır. Belə olan halda ilk dəfə avrokuboklarda üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacağıq. Qrup mərhələsi barədə danışmaq hələ çox tezdir. Təbii ki, qrup mərhələsinə vəsiqə qazanmağı arzulamağımız normaldır. Buna çalışmalıyıq. Lakin mübarizəyə ikinci təsnifat mərhələsindən başlayırıqsa, ilk növbədə "Sumqayıt"la oyunlarda uğurlu nəticələr əldə etməliyik. Etiraf edim ki, rəqibimiz haqda çox az məlumatımız var. Amma indi hər bir komanda futbol oynamağı bacarır. Həm hazırlıq, həm də rəqibi daha yaxından öyrənmək üçün vaxtımız var. Bundan öncə isə çempionatda "Vozdovaç"la oyunumuz var. Avrokuboklarda daim çıxış etmək üçün çempionatda da uğurlu olmalıyıq. Bu üzdən liqaya qələbə ilə start verməyimiz vacibdir. "çukariçki" üçün hər bir oyun önəmlidir".
 
Qeyd edək ki, "çukariçki" ilə "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Belqradda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest