Qətərdə 2020/21 mövsümünün ən yaxşı baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, bu, "Əl Sədd" komandasının çalışdırıcısı Xavidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xavinin rəhbərlik etdiyi "Əl Sədd" ötən mövsüm Qətər çempionatının və ölkə kubokunun qalibi olub.
 
Futbolçu kimi 1995-2015-ci illər aralığında "Barselona"da çıxış edən Xavi, 2019-cu ilin yayından "Əl Sədd"i çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest