"Neftçi" daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Cabir Əmirli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.  
Qeyd edək ki, ötən ilin yayında "Neftçi"yə transfer olunmuş Əmirli bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında "Sumqayıt" klubunda çıxış edib. O, 2020/2021 mövsümündə 5 oyunda "ağ-qara" formada meydana çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest