UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində, iyulun 14-də, saat 21:00-da 8-ci km stadionunda start götürəcək "Neftçi" – "Dinamo" (Tiflis) oyunu öncəsi "Neftçi"nin baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
Matc.az xəbər verir ki, tədbir iyulun 13-də, saat 20:30-da başlayacaq. Konfransdan sonra, saat 21:00-da isə "ağ-qaralar"ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Eyni məkanda, həmin gün saat 19:30-da rəqib komandanın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Hər iki komandanın mətbuat konfransı və açıq məşqi "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest