Avstriyanın "Rapid" klubunun futbolçusu Yusuf Demir karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, "Barselona" klubu 18 yaşlı yarımmüdafiəçini icarəyə götürüb.
 
Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Barselona" Yusuf üçün "Rapid"ə 500 min avro icarə haqqı ödəyəcək.
 
Türk əsilli yarımmüdafiəçi 2021/22 mövsümünü icarə əsasında İspaniya klubunda keçirəcək. "Barselona" istəsə, mövsümün sonunda 10 milyon avro qarşılığında Yusufun transfer hüquqlarını ala bilər.
 
Yusuf Demir Avstriya milli komandasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest