"Milan" klubu futbolçusu Davide Kalabriya ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
24 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Kalabriya "Milan"ın yetirməsidir. Müdafiəçi 2015-ci ilin yayından əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest