"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bu gün "Sabah"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
 
"Hər iki komanda istəkli idi. İlk oyun olmasına baxmayaraq, hər iki tərəfdə istək var idi. İlk oyun olduğuna görə bəzi şeylər alınmırdı. Əsas olan oyundan çox futbolçuların yüklənmələri idi. Bu yüklənməni ala bildik. Getdikcə futbolçuların qazandığı vaxt da artacaq. Get-gedə daha çox çalışacağıq ki, yeni mövsümün ilk turuna qədər tam formada ola bilək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest