Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Ankara Keçiörengücü"ndən Barış Alper Yılmazı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
"Qalatasaray" Barış Alper Yılmazdan öncə Aytaç Kara və Alpaslan öztürkü transfer etmişdi.
 
Qeyd edək ki, Barış Alper Yılmaz peşəkar karyerasına "Ankara Demirspor"da başlayıb. O, bu komandada keçirdiyi 3 mövsüm ərzində 43 rəsmi matça çıxıb. Gənc yarımmüdafiəçi 2020/21 mövsümünün əvvəlində "Ankara Keçiörengücü"nə transfer olunub. Bu komandanın heyətində geridə qalan mövsümdə TFF 1-ci liqada 34 oyuna çıxıb. Yılmaz bu görüşlərdə 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu Türkiyənin gənclərdən ibarət yığmasında da 3 oyun keçirib.
 
"Qalatasaray" öz futbolçularından Okan Kocuku da "Girəsunspor"a icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı qapıçı 2021/22 mövsümünün sonuna qədər Girəsun təmsilçisinin uğurları üçün çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest