İngiltərənin "Mançester Yunayted" klubu yarımmüdafiəçisi Tahit çonqu yenidən icarəyə göndərib. Matc.az xəbər verir ki, 21 yaşlı niderlandlı futbolçu 2021/22 mövsümünü "Birmingem Siti"də icarədə keçirəcək.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Gənc yarımmüafiəçi bir mövsümlük icarəyə götürülüb.
 
Qeyd edək ki, çonq 2016-cı ildən "Mançester Yunayted"dədir. O, geridə qalan mövsümü də Almaniyanın "Verder" və Belçikanın "Brügge" klublarında icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest