UEFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb. Matc.az xəbər verir ki, buna yığmanın azarkeşlərinin Aç-2020-nin qrup mərhələsində Portuqaliya, Fransa və Almaniya ilə matçlarda irqçi hərəkətləri, ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.
 
Macarıstan millisi biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə üç matç azarkeşsiz oynamaq cəzasına layiq görülüb.
 
Bundan başqa, Macarıstan Futbol Federasiyası 100 min avro məbləğində cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest